182 saat dağıntılar altında qalan uşaq sağ çıxarıldı
13-02-2023, 18:47

Türkiyədə zəlzələ bölgəsində həyat möcüzələri davam edir.

Bu dəfə şad xəbərlər Hataydan gəlib. Belə ki, faciədən 182-ci saat sonra dağıntılar altından bir azyaşlının sağ olaraq çıxarıldığı bildirilir.

Bununla yanaşı, Hatayda eyni müddət ərzində uçqun altında qalan daha bir nəfərin xilas edildiyi qeyd olunur.

Mənbə: TRT





up