Saakaşvilinin xəstəxanadan daha bir VİDEOSU yayıldı
13-02-2023, 15:51

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xəstəxanadan yeni videosu yayılıb.

AZİNFORM.AZ CNN-ə istinadən xəbər verir ki, xəstəxananın müşahidə kamerasına düşən görüntülərdə onun çarpayıya çatmamış yıxıldığı görünür.

Gürcüstan hakimiyyəti Saakaşvilini 2021-ci ildə həbs edib, bundan sonra siyasətçi Rustavi şəhərinin həbsxanasında saxlanılıb.

2022-ci ilin may ayından səhhəti pisləşdiyi üçün “Vivamed” özəl klinikasına yerləşdirilib.





up