İstanbulda zəlzələ oldu
5-02-2023, 11:18

Türkiyənin İstanbul vilayətində zəlzələ olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Kağıthane rayonunda olan təbiət hadisəsi Rixter şkalası ilə 3 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yerin 10.7 kilometr dərinliyində yerləşib. Cüzi hiss olunan yeraltı təkan heç bir fəsad törətməyib.





up