Türkiyədə zəlzələ baş verdi
11-10-2022, 21:13

Türkiyənin Osmaniyə vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 18:48-də meydana gələn yeraltı təkanların episentri Osmaniyənin Düziçi rayonu, ocağı isə yerin yeddi kilometr dərinliyindədir.

Yeraltı təkanlar ölkənin Adana, Qaziantep və Hatay vilayətlərində də hiss edilib.





up