Fransa bir ay ərzində qoşunlarını bu ölkədən ÇIXARACAQ
26-01-2023, 14:41

Fransa Burkina Faso hökumətindən 2018-ci il müdafiə sazişinin denonsasiyasını aldığını və razılaşdırılmış bir ay ərzində əsgərlərini ölkədən çıxaracağını bildirib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Biz Burkina-Faso hakimiyyətindən bu ölkədə olan Fransa qüvvələrinin statusu ilə bağlı 2018-ci il sazişinin denonsasiyasını rəsmi olaraq aldıq", - məlumatda qeyd olunub.

“Müqavilənin şərtlərinə əsasən, denonsasiya yazılı bildiriş alındıqdan bir ay sonra qüvvəyə minir. Biz bu tələbə cavab olaraq bu müqavilənin şərtlərinə əməl edəcəyik”, - deyə məlumatda bildirilir.

Burkina Faso hökuməti bazar ertəsi günü ölkənin paytaxtı Uaqaduqu yaxınlığındakı düşərgədə 400-ə yaxın xüsusi təyinatlı hərbçi yerləşdirən Fransa ilə hərbi razılaşmanı ləğv etmək qərarını açıqlayıb.





up