Ayasofya məscidini 13 milyondan çox insan ziyarət etdi
2-01-2023, 20:03

Keçən il Ayasofya məscidini 13 milyon 656 min 229 nəfər ziyarət edib.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, İstanbul valisi Əli Yerlikaya sosial media hesabında Ayasofya məscidini ziyarət edənlərin sayını paylaşıb.

Vali Yerlikaya paylaşımında “Prezident Rəcəb Tayyib Ərdoğanın tarixi imzası il (24 iyul 2020-ci il cümə namazı ilə) tarixi imzası ilə yenidən ibadət üçün istifadəyə verilən Fatih Sultan Mehmet Xanın əmanəti, İstanbulun göz bəbəyi Ayasofya məscidi 2022-ci ildə 13 milyon 635 min 229 ziyarətçi qəbul etdi" deyib.





up