Rusiyada yaşayış binasına raket düşdü: Ölən və yaralananlar var
18-12-2022, 22:15

Rusiyanın Belqorod şəhərində partlayış səsləri eşidilib.

AZİNFORM.AZ xəbər verir ki, yaşayış binalarından birinə raket düşüb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, insident nəticəsində 1 nəfər ölüb, ümumilikdə 8 nəfər yaralanıb.

Yaralıların xəstəxanaya aparıldığı vurğulanıb.





up