Rusiyada neft bazası yanır
15-10-2022, 20:08

Rusiyanın Belqorod vilayətindəki neft bazasın yanğın olub.

Azinform.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçesla Qladkov məlumat yayıb.

O bildirib ki, neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinin ərazini atəşə tutmasından sonra başlayıb:

“Mərmilərdən biri neft bazasına düşüb. Neft bazasında 10 anbar var”.

Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları yanğını söndürməyə çalışır.





up