Belqorod vilayətinin Soloxi kəndi Ukrayna ərazisindən atəşə tutulub, bir nəfər yaralanıb.
Bu barədə qubernator Vyaçeslav Qladkov deyib.
“Qəsəbə başçısı yerindədir, rayon rəhbəri Vladimir Pertsev onun yanına getdi. Dağıntı var. Əməliyyat xidmətləri artıq işləyir”, - o bildirib.
Qeyd edək ki, mayın 11-də də Soloxi kəndi Ukrayna tərəfindən atəşə tutulmuş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər yaralanmışdı. /axar.az/
AZİNFORM.AZ