Putin Ərdoğana nüvə silahı ilə bağlı söz verdi
3-11-2022, 23:31

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı baş tutub.

Danışıq zamanı Putin Ərdoğanı əmin edib ki, Ukraynada nüvə silahından istifadə etmək barədə planı yoxdur.

Bu barədə Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın məlumat verib.

Kalın həmçinin xatırladıb ki, Ərdoğan ötən ildən rusiyalı həmkarı ilə müntəzəm olaraq danışıqlar aparır və hər iki tərəfə eskalasiyanı mümkün qədər azaltmağı təklif edir.

İbrahim Kalının sözlərinə görə, hazırda cəbhədə heç bir irəliləyiş yoxdur. Həmçinin tərəflərdən heç biri bu müharibədə qalib kimi görünmür.

Kalın qeyd edib ki, Ankara hər iki tərəfi danışıqlara qayıtmağa dəvət etmək niyyətindədir. Eyni zamanda, bu müddət ərzində qurbanların sayının artması və ərazilərin itirilməsi ehtimalını da tərəflərə bildirməyi nəzərdə tutur.

Bundan əvvəl "New York Times" ABŞ rəsmilərinə istinadən yazmışdı ki, Rusiya rəhbərliyi Ukraynada nüvə silahından istifadəni müzakirə edib. Bu söhbətlər barədə məlumat ABŞ hökuməti daxilində oktyabrın ortalarında yayılmışdı. Putinin isə bu müzakirələrdə iştirak etmədiyi bildirilmişdi. /oxu.az/

AZİNFORM.AZ





up