Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronun Ermənistan-Azərbaycan münaqişəsilə bağlı açıqlamalarını və Rusiyanın bu məsələdən sui-istifadə etməsi barədə ittihamına tənqid edib.
AZİNFORM.AZ xəbər verir ki, o, bu barədə oktyabrın 14-də Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında danışıb.
Putin deyib ki, Makronun bəyanatları yanlış və qəbuledilməzdir:
“Rusiya həmişə konfliktlərin həllinə, o cümlədən Qarabağ məsələsinin nizamlanmasına səmiyyətlə yanaşıb”.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron dünən verdiyi bəyanatda Rusiyanı Ermənistan-Azərbaycan münaqişəsini gərginləşdirməkdə ittiham etmişdi:
“Sərhədin təhlükəsizliyini təmin etmək üçün orada 5 min rus əsgəri olmalı idi, amma ruslar bir neçə əsr yaşı olan bu münaqişədən oyun oynamaq üçün istifadə etdilər. Baş verənləri görürsünüzmü? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir, o, hamımızı sabitsizləşdirmək üçün Qafqazda iğtişaşlar yaratmaq istəyir”.