Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlıqda silahlı insident baş verib.
AZİNFORM.AZ xəbər verir ki, məlumatı xarici KİV yayıb.
Hadisə zamanı səfərbərliyə cəlb olunan Ruslan Zinin hərbi komissar Aleksandr Yeliseyevi güllələyib.
Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub.