"Bu xüsusiyyət yalnız Nehrəmliyə məxsus cəhətdir" - ELDAR SABİROĞLU
21-07-2022, 23:31

Nehrəm kəndi özünəməxsus həyat tərzinə, adət-ənənəsinə görə ölkənin digər kənd və yurd yerlərindən, elə Naxçıvanın özündəki yaşayış məskənlərindən tamamilə seçilir. Danışıq üslubundan tutmuş insanlardakı bənzərsiz xüsusiyyətlərə və tərs xarakterə sahib olan genişürəkli bir toplumdan ibarətdir Nehrəm!!! Naxçıvan bəlkə də yeganə kənddir ki, başqa kəndlərlə müqayisədə sosial və ictimai münasibətlər baxımından fərqli görünür. Məsələn, bir-birini tutmaq, xeyir və şər işlərində bir yerdə olmaq, bir sözlə, klassik adət-ənənələrə dərin bağlılıq nehrəmli obrazını bütövləşdirən faktor kimi diqqəti cəlb edir. Bəlkə də qərinələrdi, nehrəmli cəhrilini, cəhrili də nehrəmlini qonşu kimi "qəbul" etmir. Xeyirdə-şərdə Cəhrilini qaşıq deyə çağıran nehrəmlini dünya ilə bərabər adı ilə.... /bir zarafatdı etdim/ səsləyən qonşuların ədavəti, biri digərini qəbul etməmələri bu gündə söhbət olaraq gəzir. Və ya Nehrəmli camaatının gözəl bir xasiyyəti də var. Ona ilişmə, qəlbinə dəymə heç zaman səni sancmaz. Bir balaca toxundunsa qisasını almamış rahatlıq tapmaz. Hətta Naxçıvanda hakimiyyət məsələsində də bir-birinə güzəştə getməzlər. Bu "əsri" davanın əsasən Cəhri-Nehrəm kəndləri arasında getdiyi hamıya bəllidir.
Nehrəmli hakimiyyətdədirsə, başına yalnız öz həmkəndlilərini yığar, başqası olmaz, olsa da ən böyük vəzifəsi texniki işçilərin rəisliyindən o yana keçməz. Bu yazını yazmağa məni yaxşı mənada məcbur edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilməsi xəbəri oldu. Zalım, buranı lap Nehrəmxanaya döndəribmiş. Generalların 98 faizi də oradandır. Bu xüsusiyyət yalnız Nehrəmliyə məxsus cəhətdir. Deyək ki, Naxçıvanın digər kəndindən olan birisi respublika əhəmiyyətli təşkilatda rəisdirsə, başqa regionlardan olan kadrlara da yer verir.hurriyyet.az




up