Plastik Cərrah Səkinə Xudiyevadan faydalı məsləhətlər - Bunlar çox vacibdir
10-08-2022, 13:19

"Təcrübə illəri ərzində mən mütləq təcrübə qazandım və xəstələrin yaşadığı hər cür psixoloji problemlərin öhdəsindən gəlməyi öyrəndim. Anladım ki , vaxt ayırıb xəstəni dinləmək  onlarla bütün detalları müzakirə etmək çox vacibdir. Bu, ona özü üçün düzgün qərar verməyə kömək etməyin yeganə yoludur."

Bu sözləri AZİNFORM.AZ saytına açıqlamasında tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, dosent, plastik cərrah Səkinə Xudiyeva bildirib.

O həmçinin plastik cərrahiyəyə müraciət etmək istəyən insanlara öz tövsiyələrini verərkən bunları qeyd edib:

"İnsanlar özünə şübhə və komplekslər səbəbindən plastik cərrahiyyə haqqında düşünürlər, amma əslində bu tibb sahəsi yalnız aşkar fiziki qüsurları olanlar üçün lazımdır. Gözəllik dəyişkən bir anlayışdır, onun dəqiq standartları yoxdur və hesablamalara və sxemlərə tabe ola bilməz.

Məsələn arıq və ya dolğun olmasından asılı olmayaraq bütün qızlarda selülit var. Bu, təbiətin qanunudur. Ondan qurtulmağın ən etibarlı yolu inteqrasiya olunmuş yanaşmadır - pəhriz, idman və masaj. Bütün bunlar kömək etmirsə selülitdən xilas olmaq üçün çox sürətli bir yola ehtiyacınız varsa, o zaman liposaksiya köməyə gəlir. Amma liposaksiya heç vaxt idman zalını əvəz etməyəcək. Düzdü bu bədəninizin konturlarını korreksiya etməyə və yığılmış yağ yataqlarından tez bir zamanda qurtulmağa kömək edəcək lakin sonra hər şey sizdən asılıdır. Pəhrizlə ehtiyatsız davranmağa davam etsəniz, gecə yemək yesəniz, idmanla məşğul olmasanız, o zaman o əlavə çəki, selülitlə birlikdə geri qayıdacaq. Buna görə də nə yediyinizə baxın heç olmasa səhərlər idman etməyə və ya həftədə bir-iki dəfə hovuza getməyə vərdiş edin.

Sağlam həyat tərzi üçün mənim beş qaydam var, onlar çox sadədir: siqaret çəkməyin, günəşdən qoruyan kremdən istifadə edin, göz kremindən istifadə edin, sağlam qidalanın və idmanla məşğul olun.

Siqaret əsla çəkməyin! Bəli bu sözlərin üzərində bir daha dayanıram bu sizin gözəlliyinizə ciddi ziyan vurur."

 






up