Bir çox qadınlar gec-tez sinəsindən narazı olur. Bu çox zaman qadınlarda komplekslərə gətirib çıxarır. Çünki görünüşün insan üçün çox vacib rol oynadığı heç kimə sirr deyil. Ancaq bu, gözəl xanımların sinə plastik cərrahiyyəsi haqqında düşünməyə başlamasının səbəblərindən yalnız biridir çünki əməliyyat üçün göstərişlər çox fərqli ola bilər.
Bu sözləri AZİNFORM.AZ-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, dosent, plastik cərrah Səkinə Xudiyeva deyib. Bundan əlavə sinə əməliyyatının daha məqsədəuyğun olduğu halları açıqlayarkən bunları bildirib:
"Mammoloqlar və plastik cərrahlar mammoplastikanın bir sıra səbəblərini müəyyən edirlər. Bunlardan çox vacib olanları var.
1. Sinə ölçüsünün çox kiçik olması səbəblərdən biridir. Qüsurları düzəltməyə kömək etmək, çox kiçik döşlərə sahib olmaq yalnız cərrahi müdaxilənin köməyi ilə mümkündür.
2. Xərçəng və ya xoşxassəli şişlərin çıxarılması səbəbindən cərrahi əməliyyat mütləq olduğu hallarda icra edilir.
3. Süd vəzinin deformasiyası və ya zədələnməsi (qəza nəticəsində baş verə bilər).
4. Aşkar asimmetriya (süd vəziləri bir neçə ölçüdən çox fərqləndikdə).
5. Sinənin nəzərəçarpacaq dərəcədə sallanması. Səbəblərdən biri çoxlu doğuşdur. Bundan əlavə sinənin həddən artıq böyük olması diskamfort və onurğaya verilən ağırlıqlar zamanı əməliyyat vacibdir.
6. Boruvari sinə. Bu patoloji anadangəlmədir.
Bu hallarda əməliyyat, qadın sinəsinin fiziki qüsurları ilə mübarizə aparmaq üçün zəruri bir tədbirdir."
Səkinə xanımın sinə əməliyyatı zamanı nümunəvi görüntülərini sizə təqdim edirik: