Dünya futbolunun superulduzu, argentinalı Lionel Messi qeyri-rəsmi iş adamı Adnan Əhmədzadə ilə fotosunun arxasında milyonluq reklam durur.
AZİNFORM.AZ xəbər verir ki, futbolçu iş adamını evində qonaq edib. Görüşdə Messi və Əhmədzadənin xanımları da iştirak ediblər. Qeyri-rəsmi milyonçu Adnan Əhmədzadə Lionel Messinin ad günündə ona Azərbaycan xalçası hədiyyə edib və bu xalça “Azərxalça” ASC istehsalı olan xalçadır. Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan bu “Əjdahalı” xalçası qədim və zəngin tarixə malikdir. Sərgilərdə bu xalçanın təqribi qiyməti 150-200 min dollar arasında dəyişir.
Dünya şöhrətli futbolçunu belə rəqəmlərlə sevindirmək, təəccübləndirmək hətta şəkildəki kimi güldürmək heç də ağlabatan deyil. Pul üzərində qurulan bu dostluğu Azərbaycan mətbuatında böyük bir uğur kimi, fəxr kimi təqdim etsələr də əslində bu kimi görüşlərin şəxsin özündən başqa heç kimə bir xeyri yoxdur. Azərbaycan xalqı və dövləti bu görüşdən heç nə faydalanmadığı kimi, heç nəyə də nail olmurlar.
Diqqətinizə çatdıraq ki, yarım milyardlıq izləyicisi olan Messinin rəsmi səhifəsində paylaşılan postların öz dəyəri, qiyməti var. Təqribi olaraq bu şəkilin qiyməti 1.7-2 milyon dollar arasında dəyişir. Azərbaycanda "Neft oğrusu" kimi tanınan Adnan Əhmədzadə özünü dünyaya iş adamı kimi təqdim etməyə çalışsada dünya mətbuatında onun bir neçə qanunsuz əməllərdə adı hallanır.
Mövzu ilə bağlı silsilə yazılarımız davam edəcək.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.