Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ən aparıcı "kabus" isimlərindən olan Adnan Əhmədzadə lüks həyatına davam edir.
AZİNFORM.AZ xəbər verir ki, Adnan Əhmədzadəni tərifləyən media qurumlarının sayəsində özünü cəmi 1-2 ilə dünyada iş adamı kimi təqdim etməyə başlayıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə 2021-ci ildə rəsmi vəzifəsindən azad edilib.
Bundan bir il sonra qeyri-rəsmi biznesmen kimi hər yerdə reklam xarakterli şəkillər, dünya məşhurlarıyla görüşlər, bahalı əyləncələr və ən nəhayətində saysız-hesabsız şirkətləriylə sanki Azərbaycan xalqına acıq verir, dövlətimizə isə meydan oxuyur.
A.Əhmədzadə növbəti bahalı əyləncəsi isə “Barselona”nın prezidenti Xuan Laportanın qonağı olması olub. Məclisdə sağlığımıza "Azərbaycan" mahnısını oxuyub, milyonlar püsgürdüb. Hətta "Tiktok" sosial şəbəkəsində "Çay verərsən?" trendinə də qoşulub. Burada diqqət çəkən məqamlardan biri də A.Əhmədzadənin qolunda olan dəyəri 715 min azərbaycan manatı olan "Jacob Co Opera Scarface" saatı olub. Dünyada bu saatdan cəmi 88 ədəd var. Saat 1983-cü ildə Amerika kriminal dramı "Scarface"in şərəfinə hazırlanıb.
AZİNFORM.AZ sözügedən mövularla bağlı foto və video faktları təqdim edir: