Ginekoloq Əfsanə Məsimova: "Qadınlarda vaginal axıntı normal və ya patoloji ola bilər"
21-01-2023, 20:59

"Hər bir qadın uşaqlıq yolundan gələn ifrazatla bağlı həyatında ən azı bir dəfə də olsa həkimə müraciət edir."

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri  bu sözləri saytımıza tanınmış həkim, cərrah, mama-ginekoloq Əfsanə Məsimova, uşaqlıq yolu ifrazatları barədə danışarkən  bildirib.  

"Qadınlarda vaginal axıntı normal və ya patoloji ola bilər. Normal hesab olunan ifrazatlar iysiz və bir qədər bozumtul rəngdə olur. Uşaqlıq yolunun təmizlik dərəcəsi orada olan dederleyn çöpləri ilə təyin olunur. Dederleyn çöpləri  süd turşusu ifraz edərək yad bakteriyaları məhv etmək üçün turş mühit yaradırlar. İnfeksiyaları neytrallasdıraraq patogen təsirinin qarşısını alır. 

Laktofloradan başqa uşaqlıq yolunda şərti patogen mikroorqanizmlər də vardır. Şərti patogen mikroorqanizmlər uşaqlıq yolunun mühiti dəyişdikdə patoloji iltihab yaradırlar. Uşaqlıq yolu ifrazatları spesifik və qeyri-spesifik   infeksiyalar fonunda yarana bilir. Ona görə də  normadan çox axıntı gördükdə, rəngi dəyişmiş, qoxulu və yaxud uşaqlıq yolunda şişkinlik, yanğı, qaşıntı hiss etdikdə mütləq qadınlar ginekoloqa müraciət edərək ginekoloji müayinədən keçməlidirlər.

Axıntılar infeksiyara uyğun olaraq müxtəlif olur. Məsələn kandidoz göbələk zamanı vaginada narahatlıq başlayır, axıntı əsasən kəsmik şəklində olur. Trixomoniaz xəstəliyi zamanı axıntıların miqdarı çox olur, boz rəngli köpüklü və kəskin qoxulu olur.  Qadında yanğı hissi və qaşınma yaradır. Bakterial vaginoz zamanı axıntılar sarımtıl və əsasəndə balıq qoxulu olur. Xlamidiya, mikoplazma və ureaplazma isə spesfik infeksiyalardır. Bu infeksiyalar fonunda axıntı spesfik deyil. Uşaqlıq boynu iltihablı olur. Əksər hallarda bu infeksiyalar birlikdə rast gəlinir. 

Ümumiyyətlə hər bir qadın əz azı ildə iki dəfə ginekoloji müayinədən keçməlidirlər.  Belə bir axıntılar varsa ev şəraitində müalicələrə əl atmamalıdırlar. Çünki bu vəziyyəti müvəqqəti yaxşılaşdırır və prosesi xronikləşdirir. Müyainə zamanı uşaqlıq yolundan kültür götürülməlidir, əkilməlidir və ona uyğun spesfik müalicə təyin olunmalıdır." - deyərək həkim əlavə edib.





up