Qeysəriyyə ilə ana olan qadınlar vaginoplastika əməliyyatı oluna bilər?- Ginekoloqdan AÇIQLAMA
16-12-2022, 19:48

"Normal fizioloji doğuş olmasa vaginoplastika əməliyyatı qalıcıdır".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri saytımıza tanınmış həkim, cərrah, mama-ginekoloq Əfsanə Məsimova, vaginoplastika ilə bağlı danışarkən  bildirib. 

"Mənə ən çox ünvanlanan suallardan biri budur ki, ana olmayan qadınlar və ya qeysəriyyə əməliyyatı ilə ana olan qadınlar əgər uşaqlıq yolu sallanmasından əziyyət çəkirlərsə vaginoplastika əməliyyatı üçün müraciət edə bilərmi? Mən təbii ki, onlara əlbəttə olar deyirəm. 

Əməliyyat ümumi və regional anesteziya yəni spinal və ya epidural anesteziya altında icra olunur. Əməliyyat 45-50 dəqiqə vaxt ərzində həyata keçirilir. Əməliyyatda biz vaginanın boşalmış nahiyələrini kəsib çıxardıb tikirik və yenidən vaginanın əvvəlki diametrini bərpa edirik. Əgər əməliyyatdan sonra  xanımlar təkrar normal fizioloji doğuş etməsə heç vaxt vaginal bağ və əzələ sistemi zədələnməz." - deyərək xanımları maraqlandıran suallara cavab verib.





up