Mama-ginekoloq Əfsanə Məsimova: "Qadınlar üçün vaginoplastikanın heç bir zərəri yoxdur"
27-08-2022, 19:45

Genital estetetika son 10 ildə bütün dünyada ən geniş yayılmış əməliyyatlar içərisindədir. Uşaqlıq yolunun sallanmasının ləğvi və vaginaplastika əməliyyatına 60% qadınlar funksionallıq baxımından müraciət edirsə belə  40% qadınlar isə estetik baxımından məhz bu əməliyyata müraciət edirlər. 

AZİNFORM.AZ xəbər verir ki, bunu tanınmış həkim, cərrah, mama-ginekoloq Əfsanə Məsimova genital estetik cərrahiyə ilə bağlı saytımızın oxucularına ətraflı açıqlama verərkən deyib. 

"Genital estetika əməliyyatları sayəsində qadın cinsiyyət üzvünün daxili və xarici deformasiyalarını aradan qaldırırq və bərpa edirik. Bununla bərabər əməliyyatın qadına həm də psixoloji cəhətdən müsbət təsiri var. Çünki o, bu əməliyyat sayəsində komfortunu  özgüvənini daha da artırır.

Vaginoplastika əməliyyatına müraciət edən qadınlar - çox saylı doğuş etmiş, təbii doğuş etmiş, travmatik doğuş keçirənlər, menapauz dövründə olanlar, ağır işlə məşğul olan qadınlar olurlar. Bir sözlə, vaginoplastika uşaqlıq yolu divarının cərrahi yolla formaya salınmasıdır.

Vaginal bölgədə aparılan əməliyyatların bir neçə növləri var: ön və arxa kolporafiya, vaginoplastika, perineoplastika, labioplastika və.s. Bu əməliyyatlar cəmi 45-60 dəqiqə vaxt ərzində həyata keçirilir. Bundan sonra bütün deformasiyalar aradan qaldırılır orqan bərpa olunur. Genital estetik əməliyyatlar arasında ən geniş yayılmış növü isə vaginoplastika və labioplastikadır. Vaginoplastika əməliyyatı sırf doğuş etməmiş qadınlara deyil, heç doğuş etməmiş qadınlardada müəyyən xəstəliklər zamanı icra etmək olar. Vaginoplastika təkcə estetika deyil həmdə bu əməliyyat, qadınlarda olan sidikqaçırma, qəbzlik, defekasiya aktının pozulması kimi xəstəlikləri aradan qaldırır. Əməliyyat icra olunduqdan sonra xəstə artıq 1-2 gün ərzində xəstə aktivləşir, əməliyyatdan 1 ay boyunca heç bir ağırlıq qaldırmaq olmaz və  4-6 həftədən sonra cinsi həyatına davam edə bilər.  Əməliyyatın qadın orqanizmi üçün heç bir zərəri yoxdur." - deyə həkim qeyd edib. 


AZINFORM.AZ

 





up