Plastik cərrah Səkinə Xudiyeva: "Qarıngərmə əməliyyatı keçirən xanımlar hamilə qalmağa tələsməməlidir"
14-12-2022, 20:24

"Plastik əməliyyatların 7%-i abdominoplastikanın payına düşür."

Bunu AZİNFORM.AZ xəbər verir ki, tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, dosent,  plastik cərrah Səkinə Xudiyeva deyib. Onun sözlərinə görə həkimi ən çox narahat edən əməliyyat abdominoplastika sayılır.

"Qarıngərmə əməliyyatı keçirən xanımlar hamilə qalmağa tələsməməlidir. Bu zaman xanımlara 3 il ərzində hamilə qalmağa icazə vermirik. Çünki bu müddət ərzində dəri elastikliyi bərpa olunmalıdır. Düz əzələnin öz elastikliyi də tam bərpa olunmalıdır. Apanevroz qatı tikildiyinə görə öz növbəsində bərpa olunmasını gözləmək lazımdır. 

Qız uşaqlarını əməliyyat edəndə çalışırıq ki, bədənin anatomiyasını pozmayaq. Artıq sallanmış dərinin götürülməsi icra edilir. Anatomik pzuntu olmadıqda qadın gələcəkdə hamilə qalmasındada heç bir problem yaşamır. Yenədə qeyd edirəm dəri elastikliyini tam olaraq pozmaq olmaz. Pasiyentlərimiz var ki, bu əməliyyatdan sonra ailə həyatı quraraq ana olublar və hal-hazırda heç bir şikayətləri yoxdur. " - həkim sonda bildirib.






up