Şokolad və onun bilinməyən faydaları
31-07-2022, 05:00

Dadı, qoxusu və fərqli damağ dadları ilə bir çox insanın vazgeçilməzi olan b şokolad ləzzəti ilə yanaşı sağlamlığa olan faydaları ilə də ön plana çıxır.

Uşaqdan böyüyə hər kəsin sevdiyi şokolad, tərkibindəki lif ilə yanaşı , maqnezium, kalium, mis, fosfor, sink tərkibli minerallar ilə də  sağlam bir həyat yaşamağa kömək edir. Şokoladın tərkibində bir çox qidadan daha çox antioksidan var. Xoşbəxtlik hormonu olaraq bilinən serotonin hormonunu da ifraz etməsində rolu vardır. Xüsusilə yüksək keyfiyyətli kakao toxumlarından hazırlanan, şəkər faizi aşağı olan qara şokoladı yemək daha sağlamdır.

AZİNFORM.AZ xəbər verir ki, ekspertlər şokoladı gecə yeməməyinizidə məsləhət görür, çünki tərkibində olan kofeinə görə yuxu problemləri yarada bilir.

Xolesterolu azaldır, depressiya qarşı əladır

Şokoladın sağlamlığa çox müsbət təsiri vardır. Hər gün 25 qram şokolad yemək xolesterini azaldır, depressiyaya yaxşı təsir edir, yaddaş problemlərini azaldır, qan təzyiqini tənzimləyir və dərini nəmləndirir.

Kakao toxumlarının antioksidan xüsusiyyətləri yüksək olduğu üçün şokoladın daha çox antioksidan tərkibə sahib olduğu məlumdur. Aparılan elmi araşdırmalara görə kakao və bittər şokoladın arteriyaları rahatlaşdırmaq üçün siqnallar göndərməsi qan dolaşımını tənzimləyir, həm də qan təzyiqini azaldır.

Qan dolaşımını artıran bittər şokoladın beyinin funksiyasını yaxşılaşdırır konsentrasiyanı artırır. Bununla yanaşı ürək xəstəliyi və şəkər xəstəliyi üçün risk faktoru olan insulin müqavimətini azaldır. Kakao isə qan dolaşımını sürətləndirdiyi üçün günəşin dəridə zərərli təsirlərini qarşısını alır.

AZİNFORM.AZ





up