Belarus toyuqlarının idxalı ərzaq təhlükəsizliyinə dəstəkdir - TƏHLİL
17-06-2022, 22:24

Son dönəmlər hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bu çətin zamanda kənd təsərrüfatı məhsullarının ixracında artım olduğuna baxmayaraq, biz hələ də kənd təsərrüfatı məhsullarını idxal edirik.

AZİNFORM.AZ xəbər verir ki, Belarus toyuqlarına qarşı ciddi qarayaxma kampaniyaları aparılır. Bəzi saytlarda xoşagəlməz açıqlamalar yaydıran APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli ölkə prezidentinin prioritet kimi qoyduğu məsələlərə qarşı çıxaraq buna zidd açıqlamalar verir. Bir çox dövlət qurumlarının verdiyi açıqlamaları da heçə sayır.

Bildiyiniz kimi Prezident İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edib. Görüş zamanı dünyada baş verən əmtəə çatışmazlığı və qida təhlükəsizliyi mövzüsu ciddi müzakirə olunub. Buradan belə nəticə çıxarmaq olar ki, ölkəyə idxal olunan istənilən ərzaq məhsulunun vacibliyi şərtdir. Eyni zamanda süni qiymət artımının qarşısını bu cür sağlam rəqabətlə almaq mümkündür. Belarus toyuqları həm ucuz,  həm də keyfiyyət baxımından broyler toyuqlarından heç də fərqli deyil. Bunu AQTA öz açıqlamasında geniş şəkildə şərh etmişdir.

Bütün bu yazılanlardan sonra sonda bu nəticəyə gəlmək olar ki, dövlətin heç bir qurumunu təmsil etməyən QHT kimi qeydiyyatdan keçən İctimai Birliklər bu yöndə açıqlama verəndə diqqətli olsunlar. Xalqımızın və ölkəmizin istənilən böhran və qıtlıqdan uğurla çıxması üçün sifarişli yazılar deyil, ölkə əhəmiyyətli mövzuları şərh etməklə dövlətimizə dəstək verməyə çalışsınlar.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

AZİNFORM.AZ





up