“Atam dedi ki, mənə silah ver” - Şəhid qızından tükürpədən sözlər - VİDEO
14-05-2022, 22:58
Azinform.Az - Azerbaycanin informasiya Merkezi
ATV-nin "Bizimləsən" proqramının növbəti buraxılışında Milli Qəhrəman Allahverdi Teymur oğlu Bağırovun həyat yoldaşı Validə Bağırova, qızları Zümrüd və Aynur Bağırovalar, nəvəsi Əli Əlizadə və bacısı Almaz Bağırova qonaq olublar.
Atası haqqında danışan Aynur, ilk əvvəllər həkim olmaq arzusunda olduğunu bildirib:
"Atam Şəhid olduqdan sonra, biz onun formasını o qədər sevdik ki, ona o qədər yaraşdı ki, biz onda fikirləşdik ki, onun yolunu davam etdirək. Bu cür igid atanın övladı olmaq çox qürur vericidir.
44 günlük Qarabağ müharibəsindən 1 gün öncə yuxumda atamı gördüm. Dedi ki, Aynur, yanımda dur, tərpənmə. Nə istəsəm ver, silah ver mənə. Gördüm ki, döyüşür". 
AZİNFORM.AZ




up