Havada toz dumanı müşahidə edilir
13-09-2022, 10:02

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova AZİNFORM.AZ-a bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.

O qeyd edib ki, dispers toz hissəcikləri Nizami rayonunda 1.2, Səbail rayonunda 1.1 dəfə normadan yüksək qeydə alınıb: "Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti gün ərzində davam edəcək".





up