Toz dumanı nə vaxtadək davam edəcək?
12-08-2022, 20:18

Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Azinform.az-ın məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır:

"Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir".

G.Məmmədova sözlərinə görə dispers toz hissəcikləri Xətai rayonunda 2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb.

"Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın 2 gün ərzində davam edəcək".





up