Eynulla Fətullayev: “Baş Prokurorluq qarşısında dövlət himnini oxuyan bir jurnalistin səs yazısını yayacam”
11-09-2022, 19:17

“Dünən Baş Prokurorluq qarşısında dövlət himnini oxuyan bir jurnalistin səs yazısını yayacam. Peşəmizə kölgə salıb jurnalistikanı ucuzlaşdıran bu şəxs bir məmuru təhdid edib, şantaj edir”.

 

Azinform.az-ın xəbərinə görə, bunu “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev bildirib.

 

“İşi araşdırıram. İlanın başını əzməliyik! Başqa yolumuz yox! Əks halda jurnalistikamızın mənən təmizlənməsini və yeni mərhələyə çıxmasını təmin edə bilməyəcəyik!” – E.Fətullayev qeyd edib.

 

REAL TV-nin rəhbəri Mirşahin Ağayev isə “Gözləyirəm! Formadayam! Təmiz və şəffaf media, Qalib Azərbaycan uğrunda!” qeydini yazaraq münasibət bildirib.





up