“Pulu Əvəz Zeynallıya Elçin Sadıqov verib”
8-09-2022, 09:00

Xəbər verdiyimiz kimi, "Xural" TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürülüb.

AZİNFORM.AZ haqqin.az-a istinadən xəbər verir ki, həmin məbləğ artıq R.Məmmədovun ailəsinə qaytarılıb.

Bu barədə sözügedən saytın baş redaktoru Eynulla Fətullayev açıqlama verib:

"Rasim Məmmədovun ailəsi mənə pul köçürməsinin baş tutduğunu bildirdi. Üstəlik, pulu Əvəz Zeynallının adına Elçin Sadıqov özü köçürüb. Yeri gəlmişkən, sentyabrın 7-də saat 20:00 radələrində vəkilin özü məbləği qaytarıb. Hesab edirəm ki, vəkil əməlinin nəticələrindən qorxduğu üçün bu addımı atıb".





up