Bakıda DƏHŞƏT: 13 yaşlı qız uşaq dünyaya gətirdi
7-09-2022, 09:52

Bakıda 13 yaşlı qız ana olub.

AZİNFORM.AZ yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

K.Ağazadə deyib ki, həmin qız ötən gün ev şəraitində körpəni dünyaya gətirib:

“Ana xəstəxanaya yerləşdirilib, körpə də sağdır”.

13 yaşlı qız bildirib ki, o, təcavüzə uğraması nəticəsində hamilə qalıb.

Hüquq-mühafizə orqanları “Report”un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı gün ərzində açıqlama veriləcək.





up