Şəfiqə Nağıyeva ƏSƏBİLƏŞDİ: "Oxumaqdan çox qondarma "fiqur"larını nümayiş edirlər" - VİDEO
4-09-2022, 20:14

"Hərdən o səhnə adamı səhnədə elə iyrənc hərəkətlər edir ki,... Oxumaqdan çox arxasını, onünü fırladır. Bunlar isə insanın xoşuna gəlmir".

AZİNFORM.AZ bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri ekspert qismində "Elgizlə izlə" ictimai-sosial verilişdə iştirak edən vəkil Şəfiqə Nağıyeva deyib.

Vəkil bəzi müğənnilərin səhnədə oxumaqdan çox öz bədən quruluşlarını nümayiş etmələrinə əsəbiləşib.

"Səhnə bir müğənninin xoşaqəlməz hərəkətlər etməsini sevmir. Gedirlər özündən yalandan, qondarma "fiqur" (bədən quruluşu - red.) düzəldirlər, sonra da çıxırlar səhnəyə özlərini nümayiş edirlər. Səs qalır kənarda. Başlayır özünü önə və arxaya fırlatmağa. Müğənni gözəl səsi və əməlini nümayiş etdiməlidir. Onlar etdikləri isə gözəllik deyil. Onların etdikləri çox iyrənc bir şeydir. Oxumaqdan çox oynayırlar" - deyə Ş.Nağıyeva bildirib.





up