Şəfiqə Nağıyeva ƏSƏBİLƏŞDİ: "Evdar qadınlara..."
21-08-2022, 20:34

"Evdar qadınlara estetik əməliyyat etdirmək lazım deyil".

AZİNFORM.AZ bizim.media-ya istinadən bildriir ki, bu sözləri "Elgizlə izlə" ictimai-sosial verilişdə ekspert qismində iştitak edən vəkil Şəfiqə Nağıyeva deyib.

Sözügedən proqrama yardım üçün pənah gətirən bir ailə başçısı xanım köməkdən savayı estetik əməliyyat etdirmək istədiyini vurğulayıb.

Bunu eşidən Ş.Nağıyeva əsəbiləşərək, həmin qadının istəyinə qarşı çıxıb və etiraz səsini ucaldıb.

"Qadın danışan kimi deyir ki, ərim fəhlədir. Bu ailədən də pis yaşayanlar var. Fəhlə ən zəhmətkeş və əziyyət çəkən insandır. Xanım deyir ki, pulumuz yoxdur. Bunu əvvəlcədən söyləmək lazımdır. İnanmıram ki, bu qadının həyat yoldaşının pulu olmasın" - deyə Şəfiqə Nağıyeva bildirib.





up