Həkimlərin xətti niyə oxunmazdır: Ekspert-qrafoloq
3-09-2022, 09:57

Həkimlərin cızma-qara xətti artıq əfsanəyə çevrilib. Bilənlər deyir ki, bu təkcə bizim həkimlərin problemi deyil. Dünyada bütün həkimlər oxunmaz xətt ilə yazır və bununla barışmaq lazım gəlir.

Gümanlar çoxdur, biz isə alimlərin fikrini təqdim edirik. Məlum olmuşdur ki, həkim xəttinin tam elmi izahı var. Bəziləri hesab edir ki, həkimlər bilərəkdən belə yazır. Guya, bu bir növ həkim sirrini qoruyan gizli koddur. Lakin burada həkim əlbirliyi yoxdur və oxunmaz yazı tərzi bir sıra müxtəlif səbəblərlə bağlıdır.

Problemin kökü
AZİNFORM.AZ  ailehekimi.az-a istinadən bildirir ki, bir həkimin xəttini yalnız başqa həkim ya əczaçı anlaya bilər. Təəssüf ki, bu həmişə belə olmur və yazılışın səhv oxunması baha başa gəlir. Statistikaya görə, ABŞ-da hər il həkimlərin xətti ucbatından təxminən 7000-ə yaxın pasiyent ölür. Nəzərə alın ki, bu ölkədə sənədləşmənin böyük qismi rəqəmsal şəkildə aparılır. Həkimlərin nə üçün bu cür yazmasını xətt üzrə ekspert, qrafoloq və psixoloq Viktoriya Kosoqova təhlil edir. Hər şey hələ tibb institutunda başlayır. Tibb tələbəsi hər gün böyük həcmdə informasiya mənimsəməli olur, üstəlik onu konspektləşdirir də. Tez yazmaq zərurəti tələbələrin xəttini korlayır. Tədris prosesində mediklər qavrama sürətini və məlumatı təhlil etmək bacarığını inkişaf etdirir. Onlar ayrı-ayrı simptomlardan klinik təsvir mozaikasını qurmaq kimi vacib qabiliyyətə yiyələnirlər. Qəribə də olsa, bunun əvəzini onlar korlanan və sxematik olan xəttləri ilə verirlər.

İş xətti korlayır
Həkim praktikası başlamaqla vəziyyət dərinləşir. Həkim peşəkar intuisiya qazanır. Qrafoloqlar deyir ki, bu keyfiyyət həkimin xəttinə sapaoxşarlıq əlavə edir. Yazılmış ifadənin çevrildiyi bəzən kəsilən dalğalı xəttlər yazılış tərzini daha amorf edir. Sonra bir çox həkimlərdə pasiyentlərdən emosional uzaqlaşma mərhələsi başlayır. Xoşbəxtlikdən, bu həmişə belə olmur. Bu vəziyyətdə həkim pasiyentin xəstəliyinə görə yaşadığı hisslərə laqeyd qalır. Doktor bununla soyuqqanlığı qoruyur, pasiyentləri isə bu yanaşma qorxudur. Uşaqlar həkim laqeydliyinə qarşı xüsusilə həssasdır. Onlar üçün xəstəxanaya getmək artıq böyük stresdir, buna görə onların mənəvi dəstəyə ehtiyacları olur.

Emosional yükün itirilməsi də yazılış tərzinə təsir göstərir. Belə ki, bir çox hərflərin bəndləri və burumları yerləşən orta xətt zonası korlanır və xətt kardioqram əyrisini xatırladır. Əsəbilik, yorğunluq, səbirsizlik xəttin keyfiyyətinə əlavə təsir göstərir, kəskin cizgilər və ya çoxlu bucaqlı elementlər kimi "tullanışlar" əmələ gəlir. Şübhəsiz ki, çox yazmaq məcburiyyəti də xətti korlayır. Qrafoloq hesab edir ki, ən problemli xətt terapevtlərin, cərrahların və ortopedlərin xəttidir.

Alimlər müxtəlif peşə sahiblərinin xəttini həkimlərin xətti ilə müqayisə etmiş və maraqlı nəticə ortaya çıxarmışlar. Eksperimentin şəffaflığı üçün peşəsi ilə bağlı olmayan şəxsi yazışma nümunələri təhlil olunmuşdur. Qəribə də olsa, işdən kənar həkimin, sürücünün və mühəndisin xəttləri az fərqlənirdi.





up