Qanunsuz fəaliyyətinə görə "Binə" bazarı CƏRİMƏLƏNDİ
2-09-2022, 18:55

“Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazavia” MMC qanunsuz avtovağzal fəaliyyətinə görə cərimələnib.

AZİNFORM.AZ xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi əsasında protokol tərtib olunaraq Qaradağ Rayon Məhkəməsinə göndərilib.


Həmin maddəyə görə, pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmağa görə-min beş yüz manat məbləğində cərimə edilir.





up