Deputatın klinikası cərimə olundu – İş məhkəmədə
17-05-2022, 17:57

“Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati qaydada protokol tərtib olunub.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsi ilə cəza tədbiri görülüb.

Tərtib olunan protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Solmaz Mustafayevanın icraatına verilib.

Prosesin keçiriləcəyi vaxt hələlik məlum deyil.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Xatırladaq ki, “Qaragözova” MMC Nəsimi rayonu ərazisində tibbi klinika kimi fəaliyyət göstərir. /teleqraf/

Mətbuatda yayılan məlumata görə, “Qaragözova” MMC Milli Məclisin üzvü Ağalar Vəliyevə məxsusdur.


AZİNFORM.AZ





DİGƏR XƏBƏRLƏR
up