DİGƏR XƏBƏRLƏR
Meksika narkotik kartelinin lideri Sandra Avila Beltran “Netflix”I məhkəməyə verib.
AZİNFORM.AZ xəbər verir ki, o, şirkəti onun həyatı haqqında çəkdikləri seriala görə məhkəməyə verib.
Sandra 2011-ci ildən yayımlanan serialın qazandığı bütün gəlirin 40 faizini almaq niyyətindədir.
Qeyd edək ki, o, Meksikanın Sinaloa karteli ilə Kolumbiyalı kokain istehsalçıları arasındakı vasitəçi hesab olunurdu və 2007-ci ildə həbs edilmişdi. Sandra bu yaxınlarda “TikTok” səhifəsi açaraq oradan gəlir əldə edir. Onun sözügedən şəbəkədə 195 mindən çox izləyicisi var./yenisabah.az/