Sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq
Bu gün yayın son günüdür. Buna baxmayaraq o sentyabr ayından da bir-neçə gün mənimsəmək niyyətindədir. Lakin, yayın istisindən yorulanlar üçün xoş xəbər, belə ki, artıq sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq. Bu proses sentyabrın 5-8-də gözlənilir. Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcədək aşağı enəcək.Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə həm insanların, həm də təbiətin həsrətində olduğu yağışlar gözlənilir.