"Elə müəllimlər var ki, şagird qarşısına çıxarılması günahdır" - Nazirdən ŞOK AÇIQLAMA
23-08-2022, 12:34

Elə müəllimlər var ki, ibtidai sözünü "iptidai, ibtidayi" yazır. Həmin müəllimin şagird qarşısına çıxarılması günahdır.

AZİNFORM.AZ-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Nazir bunun səbəbini də izah edib:

"Ona görə həmin müəllimləri sertifikasiyaya cəlb edirik ki, təhsilin keyfiyyəti artsın. Digər tərəfdən sertifikasiyanın keçirilməsidən sonra əlavələr də tətbiq olunacaq ki, bu da müəllimlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək".

AZİNFORM.AZ





up