Rusiyanın bəzi məşhurları psixi pozğunluqdan müalicə alıb.
AZİNFORM.AZ Musavat.com-a istinadən psixi pozğunluqdan müalicə alan 5 rus məşhuru təqdim edir.
Müğənni Lolita Milyavskaya xəstəxanaya yerləşdirilməyə qərar verən rusiyalı məşhurlardan biridir. O, 2000-ci illərin əvvəllərində şəxsi problemləri ucbatından 2 ay müddətinə 1 saylı Kliniki Psixiatriya Xəstəxanasında müalicə alıb.
Müğənni Dima Bilan 2005-ci ildə yaxın dostu, prodüser Yuri Ayzenşpisin ölümü ilə böyük sarsıntı keçirir. Ayzenşpisin işlətdiyi mərkəz onun həyat yoldaşının adına keçdikdən sonra o, Dima Bilanla əməkdaşlığı davam etdirməkdən imtina edir. Beləliklə, Dima bir müddət Lolitanın da müalicə aldığı xəstəxanada qalmalı olur.
Aktyor Valeri Nikolayev
Sərxoş vəziyyətdə avtomobil idarə edən aktyor xəstəxanaya yerləşdirilir.
Aktyor Viktor Suxorukov
İçki aludəçisi olan aktyor hətta çəkiliş meydançalarında əlində şüşə görünürmüş. Beləliklə, onun da yolu psixiatriya xəstəxanasından keçir.
Aktyor Vasili Stepanov
İstədiyi şöhrətə çatmayan aktyor dərin depressiyaya düşür. Hətta bir neçə dəfə intihara cəhd edir. Stepanovun hazırkı vəziyyəti də ağır hesab olunur.
AZİNFORM.AZ