Hüseyn isti çörəkləri görün necə soyutdu - Siz TƏKRARLAMAYIN - VİDEO
22-08-2022, 17:12

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sükan arxasında təhlükəli fəndlər edib.

AZİNFORM.AZ xəbər verir ki, Hüseyn aldığı isti çörəkləri soyutmaq üçün idarə etdiyi avtomobilin pəncərəsindən çıxardıb.

Diqqət çəkən məqam isə klarnet ifaçısının hər iki əlinin nəqliyyat vasitəsinin rulunda deyil, çörəyi tutması olub.

Həmin anları isə H.Məhəmmədoğlunun yanında əyləşən aktrisa həyat yoldaşı Aysel İbrahimova çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Hüseynin avtomobili kifayət qədər yüksək sürətlə idarə etdiyi də görüntülərdə öz əksini tapıb.

Qeyd edək ki, Aysel İbrahimova Milli Dram Teatrının aktrisasıdır. Hüseyn Aysel cütlüyünün səkkiz ay əvvəl oğlan övladı dünyaya gəlib. Bu, Hüseynin ikinci evliliyidir. Onun birinci evliliyindən daha iki qız övladı var. /bizim.media/


AZİNFORM.AZ



up