Narkotik vasitələri təbliğ edən İlkinin milyonlarla izləyicisi var imiş...
19-08-2022, 11:08

Ötən gün sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni təbliğ edən videolar yayan İlkin Hüseynlinin (Çərkəzoğlu) həbs edilərək məcburi müalicəyə göndərilməsi barədə xəbər vermişdik.

AZİNFORM.AZ “qafqazinfo”-ya istinadən xəbər verir ki, üzərində narkotik vasitə də aşkarlanan müğənninin narkotik asılılığından əziyyət çəkməsi nəzərə alınaraq onun barəsində inzibati tənbeh tədbiri görülərək məcburi müalicə üçün Narkoloji Dispanserə yerləşdirilib.

O da məlum olub ki, sosial platformalarında musiqili videolarına milyonlarla baxış olan İlkin Çərkəzoğlu daha əvvəl də eyni əməllərə görə həbs edilib. Belə ki, 2019-cu ilin aprel ayında narkotiki təbliğ edən musiqili videolar yayan müğənniyə 15 sutkalıq həbs cəzası verilib.

Lakin azadlığa çıxdıqdan sonra da o, bir sıra qeyri-etik ifadələrinin yer aldığı meyxanaları, eləcə də qeyri-sağlam həyat tərzini təbliğ edən mahnıları ifa edərək yaymaqda davam edib.

 





up