Deputatdan sosial şəbəkədə haqqında yayılan sitata REAKSİYA
13-08-2022, 23:04

Deputat Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından sitat paylaşanlara səslənib.

Bununla bağlı o, "Facebook" səhifəsində yazıb:

"Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından "Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram" sitatı paylaşılıb. /demokrat.az/





up