Dövlət Məşğulluq Agentliyi Sumqayıtda bir qrup qazini seçdikləri biznes istiqamətləri üzrə mal və materiallarla təmin edib. Son bir həftə ərzində belə tədbirlər çərçivəsində 100-ə yaxın şəhid ailəsi və qaziyə aktivlər verilib.
Müqavilələr imzalandı, aktivlər sahiblərinə verildi. Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi aktivlərlə təmin edildi.
Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir. Sumqayıtda bir qrup qazi seçdikləri biznes istiqamətləri üzrə mal və materiallarla təmin olunublar. Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Son 1 həftə ərzində isə Agentlik tərəfindən bu kateqoriyadan olan 100-ə yaxın şəxsə aktivlər təqdim edilib.
Ümumilikdə cari ilin ötən dövrü ərzində 1006 şəhid ailəsi, qazi və onun ailə üzvünün özünüməşğulluq proqramına cəlb olunması və onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib.
Proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.