Flora Kərimovadan Afətə CAVAB: "Məhkəmədə görüşərik"
30-07-2022, 09:12

Tanınmış jurnalist Ülviyyə Alovlunun ardınca müğənni Afət Fərmanqızı da Xalq artisti Flora Kərimovanı məhkəməyə verib.


Bu barədə Afət özü açıqlamasında bildirib. O, məhkəmənin ilk iclasının avqustun 2-də keçiriləcəyini deyib.


AZİNFORM.AZ xəbər verir ki, məsələ ilə bağlı Flora Kərimovanın köməkçisi Yenicag.az-a açıqlama verib.


O bildirib ki, bu barədə məlumatlıdırlar:


"Bəli, bununla bağlı məlumatımız var. Amma onu da bilirik ki ayın 2-si Afət Fərmanqızı şəxsən özü məhkəməyə gəlməyəcək. Çünki polis tərəfindən axtarışdadır və Azərbaycanda deyil. Yəqin ki, nümayəndəsi iştirak edəcək. Məhkəmədə görüşərik".





up