İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyev dünən saxlanılıb.
Bəzi mənbələr iddia edir ki, Zeynal Tarquluyev əlində olan rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən istifadə edərək iş adamlarından qanunsuz olaraq 100 milyonlarla manat toplayıb. İstisna olunmur ki, onun həbsi də məhz bununla bağlıdır.
Mənbənin sözlərinə görə, hazırda DGK-da keçmiş sədr Səfər Mehdiyevin onlarla yaxın qohumu çalışır ki, onların hər birinin qanunsuz fəaliyyəti ilə bağlı ciddi araşdırma aparılır və yaxın günlərdə yeni həbslər dalğasının olacağı istisna olunmur.