"Artıq bir ixtisası ömürlük seçmək mümkün deyil"
16-07-2022, 02:00

Artıq bir ixtisası ömürlük seçmək mümkün deyil.

AZİNFORM.AZ trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə indiki dövrdə insanlar öz məşğul olduğu sahəni 5 dəfə dəyişməli olur.

"Texnologiyalar çox dəyişir. Ola bilsin ki, indi çox məşhur olan ixtisaslar 5 il sonra lazım olmayacaq. İxtisas seçimi yox, fəaliyyət istiqaməti təyin edilməlidir. Öz-özünü kəşf etmək üçün testlər var. DİM tərəfindən çoxdan individual xidmətləri göstərilir, müraciət edənlərin sayı isə elə də çox deyil. Amma 15-16 yaşlı uşaqlarda bunu etmək üçün Təhsil Nazirliyi ilə layihə həyata keçirəcəyik və bu dövlət layihəsi olacaq. Biz təfəkkürü dəyişmək üçün bunu etməliyik", - deyə M. Abbaszadə əlavə edib.





up