AZAL-ın İstanbul - Bakı reysi 9 saatdır ki, gecikir - AÇIQLAMA
2-07-2022, 21:53

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün həyata keçirilməli olan İstanbul-Bakı (J2-076) reysi 9 saatdan çoxdur ki, gecikir.
 
AZİNFORM.AZ xəbər verir ki, bu gün saat 12:50-də uçmalı olan təyyarə texniki səbəbdən hələ də havaya qalxmayıb. Sərnişinlər isə artıq 10-12 saatdır ki, gözləyirlər.
Uçuşun nə vaxt baş tutacağı haqqında isə ümumiyyətlə məlumat verilmir.
 
AZAL-dan bildirilib ki, gecikməyə səbəb təyyarənin kondisioner sistemi ilə bağlı yaranmış problemdir.
 
Sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunurlar.

 AZİNFORM.AZ




up