AZAL bu il 6 nəfəri əfv edib – Yeni “qara siyahı”
10-05-2022, 13:15

Hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “qara siyahı”sına 150 nəfər daxildir.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, 2022-ci il 1 yanvar tarixindən etibarən 6 nəfər əfv olunub.

Qeyd edək ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır. Hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir.

Uçuş zamanı havagəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir. /modern.az/





up