Vüqar Qaradağlının qızının nişanlandığı şəxs tvitterdə pay sahibidir
28-06-2022, 18:56

Xəbər verdiyimiz kimi, ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinin nişanı olub.

AZİNFORM.AZ xəbər verir ki, onun ailə qurmağa hazırlaşdığı şəxs tanınmış proqramist Tural Bədirxanlıdır.

ABŞ-da Masaçusets Texnologiya İnstitutunun məzunu olan Tural digər iki həmkarı ilə birlikdə "Namo Media" interaktiv reklam proqramını yaradıb və tviterə satıb. O, bunun qarşılığında 50 milyon dollara alıb və eyni zamanda tvitterdə pay sahibi olub.

Tural həmçinin 2 il "Google"un işçisi olub.

1986-cı ildə Quba rayonunda dünyaya göz açıb.


AZİNFORM.AZ



up