“Bakı Metropoliteni” 50 min manatlıq avtomobil yağı alır
20-06-2022, 19:00

“Bakı Metropoliteni” QSC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Technoil” MMC olub.

AZİNFORM.AZ xəbər verir ki, “Bakı Metropoliteni” QSC istifadəsində olan avtomobil nəqliyyatı vasitələri üçün mühərrik və sürtkü yağlarının satın alınması üçün MMC-yə 49 min 996 manat 60 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 11 milyon 688 min 495 manat nizamnamə kapitalı olan “Technoil” MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır. /yeniavaz.com/





up