MEDİA jurnalist müsabiqəsi ELAN ETDİ
20-06-2022, 15:30

Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsi elan edib.

Agentlikdən AZİNFORM.AZ-a bildirlib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada və ya kağız daşıyıcıda quruma təqdim edilir.

Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.
 
Müsabiqə aşağıdakı nominasiyalarda keçirləcək.
 
 – ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı köşə yazısı;
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
 
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
 
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı iqtisadi reportaj;
– ən yaxşı sosial reportaj;
– ən yaxşı mədəniyyət reportajı;
– ən yaxşı idman reportajı.

Materiallar Agentlik tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan ediləcək və mükafatlandırılacaq.
 
Müsabiqəyə müraciət qəbulu 1 iyul 2022-ci il saat 18:00-dək davam edəcəkdir.

AZİNFORM.AZ





up